Hava ilə bəxtimiz gətirmədi. Adətən normal insan bu ifadəni küləklə, yağışla, qarla – sadəcə evdən çıxmaq istəmədiyin günlə əlaqələndirir… Bizim halda isə hava ilə bəxtimizin gətirməməsi – havanın günəşli, quru və küləksiz olması deməkdir! )))
Uzun müddət toplaşdıq və yola düşdük. Klubun yenilənmiş saytı, Facebook-dakı yenilənmiş səhifə – bütün bunlar düz 15 maşının Rahat marketin qarşısında bir yerə toplaşmasına səbəb oldu. Ət, toyuq və bütün lazımi inqrediyentləri aldıq – yola düşürük.
Plan belə idi: Şabrana qədər getmək, postun yanından Çinarlar istiqamətinə dönmək və oradan Nohurlara doğru yol açmaq. Dövlət insanların qayğısına qalır – ilk dəfə Çinarlara qədər asfalt gördük – özü də çox keyfiyyətli, nişanlanma xətləri ilə… Yenə də yerli sakinlər və gələnlər üçün yaxşıdır, bizim üçün isə darıxdırıcı 😊
Gölə qədər tez çatdıq, yenə də hava quru olduğuna görə… Naharı artıq Qalaaltı istiqamətində geri dönüş yolunda etdik – bizim Maleviç əlindən gələni etdi!
Hə! Meşədəki rəngləri qeyd etməmək olmaz..! Hər şey qızılı rəngdə idi! )
FOTOŞƏKİLLƏR BURADA!








