AZ RU
39 yaşlı «Niva» ABŞ-da satışa çıxarılıb

39 yaşlı «Niva» ABŞ-da satışa çıxarılıb

VAZ-2121-dən Lada 4x4-ə qədər çoxlu ad dəyişmiş bu avtomobili Rusiyadan kənarda AvtoVAZ-ın ən məşhur məhsulu hesab etmək olar: «Niva» hətta bəzi blokbasterlərdə də çəkilib. Lakin məhz bu nüsxənin Birləşmiş Ştatlara necə düşdüyü dəqiqləşdirilmir.

İstisna deyil ki, yaşlı «Niva» ABŞ-a Kanadadan gətirilib – AvtoVAZ 80-ci illərin əvvəllərində bir neçə il ərzində «Niva»ları ixrac edirdi oraya. Bu faktı dolayısı ilə təkcə avtomobilin buraxılış ili deyil, həm də spidometr və odometrin kilometrlə işarələnməsi təsdiqləyir.

Şəkillərdən göründüyü qədər, bu konkret nüsxə olduqca yaxşı vəziyyətdədir və hətta bəzi əlavə avadanlıqla öyünə bilər. Məsələn, «Niva» təsirli yolsuzluq təkərlərinə oturdulub, ön bamperə bucurqad inteqrasiya olunub, təkər tağları plastiklə örtülüb, ön oturacaqlar isə idman oturacaqları ilə əvəz edilib.

Həmin illərdə yolsuzluq avtomobili «zavoddan» 80 a.g. güc və 116 Nm fırlanma momenti verən 1,6 litrlik atmosfer mühərriki və 4 pilləli mexaniki sürətlər qutusu ilə təchiz olunurdu. Lakin fotolara görə, satışa çıxarılan nüsxə həm də «ürək köçürülməsi» keçirib: bəzi məlumatlara görə, «Niva»ya Fiat-ın injektorlu mühərriki quraşdırılıb. Ön panelin (və müvafiq olaraq cihazlar lövhəsinin) dəyişdirilməsi isə yürüşün həqiqiliyinə şübhə yaradır.

ABŞ üçün ekzotik olan modelin qiyməti hazırda 4 750 dollardır (350 min rubldan bir az az), lakin bu, sadəcə ilkin təklifdir: yaşlı Lada 4x4 onlayn-hərracda satılır və hərrac hələ davam edir.