AZ RU
Audi yenilənmiş SQ7 TDI-ın məxfiliyini açıb

Audi yenilənmiş SQ7 TDI-ın məxfiliyini açıb

2016-cı ilin martında Audi SQ7 meydana çıxdı — Volkswagen Group xəttində 4 litrlik dizel V8 ilə təchiz olunan ilk avtomobil. Sonra bu mühərrik Bentley Bentayga Diesel, Volkswagen Touareg və Audi SQ8 modellərində göründü. İndi isə növbə modernləşdirilmiş SQ7-yə çatıb.

"Güclü" krossoverdə, baza Audi Q7-də olduğu kimi, radiator barmaqlığı və ön bamper dəyişib, yeni matris faralar peyda olub, astanaların dizaynı düzəldilib, arxada isə optika təkmilləşdirilərək kuzovun bütün eni boyunca xromlanmış zolaqla birləşdirilib, eyni zamanda arxa bamper də dəyişdirilib. SQ7 versiyasını emblemlərdən başqa işlənmiş qazlar sisteminin dörd dairəvi borusundan da tanımaq olar.

Audi yenilənmiş SQ7 TDI-ın məxfiliyini açıb

Əlavə ödənişlə avtomobili qara dekorativ elementlərlə təchiz etmək olar, bu azdırsa — Audi Exclusive proqramında mütəxəssislər eksklüziv kuzov rəngləri də daxil olmaqla istənilən dizayn variantını təklif etməyə hazırdır. Baza komplektasiyasına 20 düymlük təkərlər və gücləndirilmiş əyləclər daxildir; əlavə ödənişlə onları antrasit-boz supportlu karbon-keramik mexanizmlərlə əvəz etmək mümkündür.

Audi yenilənmiş SQ7 TDI-ın məxfiliyini açıb

Salonda daha ciddi dəyişikliklər var. İnteryer indi müasir Audi modellərinin üslubunda həll olunub: mərkəzi konsolda iki sensor ekran və Amazon Alexa köməkçisi, həmçinin Car-to-X şəhər infrastrukturu ilə ünsiyyət imkanı daxil olmaqla onlayn xidmətlərə malik yenilənmiş multimedia sistemi.

Audi yenilənmiş SQ7 TDI-ın məxfiliyini açıb

Kapotun altında elektrik kompressoru və iki turbini olan 4 litrlik V8 TDI quraşdırılıb. Aqreqatın gücü 435 a.g.-dir. Bu arsenal avtomobili yerindən 100 km/saata 4,8 saniyəyə çatdırmaq və 250 km/saat maksimal sürət yığmaq üçün kifayətdir.

Audi yenilənmiş SQ7 TDI-ın məxfiliyini açıb

Avropada yeni Audi SQ7 üçün sifarişlərin qəbuluna yaxın günlərdə başlanılacaq. Avtomobilin qiyməti 94 900 avrodan (Almaniyada), yeddiyerlik variant üçün isə 96 420 avrodan başlayacaq.