AZ RU
AzCan Sentry APC - Azərbaycan Prezidentinin zirehli avtomobili

AzCan Sentry APC - Azərbaycan Prezidentinin zirehli avtomobili

Azərbaycan Prezidentinin sükanı arxasında azad olunmuş ərazilərdə hərəkət etdiyi zirehli avtomobil,  AzCan Sentry APC adlanır. Bu zirehli maşınlar Azərbaycan-Kanada müdafiə şirkəti AZCAN tərəfindən istehsal olunur. Bu zirehli maşınlar əsasən Azərbaycanın daxili qoşunları və DİN üçün alınıb.

Bu avtomobil salonun əlavə izolyasiyası və qabaqcıl ventilyasiya sistemi sayəsində son dərəcə aşağı temperaturlardan tropik istiyə qədər istənilən iqlim şəraitində sərnişinlərin yüksək səviyyədə qorunmasını və rahatlığını təmin edir. Avtomobilin tənzimlənən oturacaq düzülüşü sərnişinlərə effektiv taktiki mövqelər tutmağa imkan verir. Sentry APC bütün dünyada polis xüsusi təyinatlıları və digər hüquq-mühafizə orqanları tərəfindən istifadə üçün nəzərdə tutulub. Müştərinin tələblərinə uyğun olaraq zirehli transportyor fərdi parametrlərə uyğunlaşdırıla və mobil komanda mərkəzi və ya tibbi evakuasiya nəqliyyat vasitəsi kimi xidmət edə bilər.

STANDART TEXNİKİ GÖSTƏRİCİLƏR

  • Təhlükə səviyyəsi: br7 
  • Tutum: 8
  • Transmissiya: 4wd 
  • Güc: 362 a.g. 
  • Bakın həcmi: 151 l 
  • Mühərrik: 6.7 l, dizel v8
  • Korpusun bütün perimetri boyunca atəş deşikləri
  • Təkmilləşdirilmiş kilid mexanizmləri
  • Elektron gecə görmə sistemi
  • Qəza lyuku
  • Gücləndirilmiş elektrik bucurqadı
  • Sürücü kabinəsindən geniş görüş sahəsi
  • Zirehli mühərrik bölməsi
  • Əsas mexaniki komponentlərin zirehlənməsi
  • Çoxqatlı güllə keçirməyən şüşə
  • Şüşələr üçün çıxarıla bilən qoruyucu barmaqlıqlar
  • Xarici dairəvi görüntü kameraları
  • Sirena / səsucaldan rabitə sistemi
  • Qəza işıq siqnalları kompleksi