Yenilik həm yeddi, həm də beşyerlik versiyada satılacaq və Cherry Tiggo 8 və GAC GS8 ilə rəqabət aparacaq.
HaoYue Geely xəttinin digər modellərindən daha iri alınıb: onun uzunluğu 4835 mm, eni – 1900 mm, hündürlüyü isə – 1780 mm, təkərlərarası bazası 2815 mm-dir. Yol klirensi 190 mm-ə bərabərdir.
Yolsuzluq avtomobili LED optika, arxa sərnişinlər üçün oturacaqların tənzimlənməsi funksiyası, rəqəmsal cihazlar paneli, panoram dam və adaptiv kruiz-kontrolla təchiz olunub.
Daxili bazarda HaoYue seçim üçün iki mühərriklə təklif olunacaq: 184 a.g. gücündə 1.8. turbomühərrik və ya Geely Coolray modelində də istifadə edilən, 177 a.g.-yə qədər güc hasil edən 1,5 litrlik üçsilindrli mühərrik.
HaoYue-nin ÇXR-də satışı yazın sonunadək başlayacaq. Yolsuzluq avtomobilinin digər bazarlarda görünüb-görünməyəcəyi hələ məlum deyil.







