AZ RU
«Gelendvagen» ilk dəfə «intihar» qapıları alıb

«Gelendvagen» ilk dəfə «intihar» qapıları alıb

Son vaxtlar səlahiyyətli tərəfdaş kimi yalnız Mercedes-Benz brendi ilə işləyən Almaniyanın Hofele atelyesi növbəti layihəsinin təfərrüatlarını açıqlayıb. Bu dəfə – G-Class bazasında.

«Gelendvagen» ilk dəfə «intihar» qapıları alıb

Ultimate HG adlandırılan bu «Gelendvagen»in əsas fərqləndirici xüsusiyyəti hərəkət istiqamətinin əksinə açılan arxa qapılar olub. İddia olunur ki, model «intihar» qapıları ilə ilk dəfə təchiz olunub. Sərnişinlərə əlavə rahatlığı elektrik intiqallı tamölçülü açılan pillələr təmin edir.

«Gelendvagen» ilk dəfə «intihar» qapıları alıb

Həmçinin tüninq edilmiş yolsuzluq avtomobili zavod versiyasından radiator barmaqlığı, faraların haşiyəsi, ön bamper, genişləndirilmiş təkər tağları, ikirəngli 23 düymlük Hofele Turbine döymə diskləri, eksklüziv qapı dəstəkləri və əlavə xromla fərqlənir.

«Gelendvagen» ilk dəfə «intihar» qapıları alıb

Nappa dərisi və boz rəngin iki çaları olan alkantara ilə bəzədilmiş salonda elektrik tənzimləməli, isitməli, ventilyasiyalı və masajlı ayrı-ayrı arxa VIP oturacaqlar quraşdırılıb. Ayarlar üçün mərkəzi konsoldakı sensor ekrandan istifadə olunur, orada həmçinin simsiz şarj da var. Nəhayət, baqaj bölməsi də qara royal lakı və alüminiumdan istifadə etməklə xüsusi bəzək alıb.

«Gelendvagen» ilk dəfə «intihar» qapıları alıb

Hofele-də Ultimate HG-ni krossover, bir növ ultrapremium seqmentli yolsuzluq avtomobili ilə limuzinin hibridi adlandırırlar. Belə transformasiyanın qiyməti açıqlanmır.