Hengtian L4600-ün rama şassisinin və kuzovun güc karkasının konstruksiyası Land Cruiser 200-ə əsaslanır - çox güman ki, bu, pirat nüsxədir, çinlilərin lisenziya aldığı şübhəlidir. L4600-ün xarici kuzov panellərinin dizaynı isə tamamilə orijinaldır.
Əvvəllər dərc olunmuş patent təsvirlərindən göründüyü kimi, ramanın uzununa və eninə tirlərinin konfiqurasiyası, aqreqatların yerləşdirilməsi, asqı ləngilərinin sxemi baxımından Hengtian L4600 həqiqətən Land Cruiser 200-ü təkrarlayır. Hengtian L4600-ün asqı sxemi belədir: ön asqı - eninə ləngli müstəqil yaylı, arxa asqı - eninə dayanıqlıq stabilizatorlu asılı yaylı.
L4600-ün uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 5239, 2026 və 1932 mm, təkərlərarası baza isə 2950 mm-dir.
Hengtian L4600-ün kapotu altına Çin mühərriki quraşdırılacaq - Futai Power Co. istehsalı olan, 286 a.g. güc hasil edən 4,6 litrlik FT8VG46KH benzin aqreqatı. O, avtomatik sürətlər qutusu ilə birləşdirilir (pillələrin sayı dəqiqləşdirilmir). Salon 5 və 7 yerlik versiyalarda olacaq.
L4600 Land Cruiser 200-ün ucuz alternativinə çevriləcək - Çində onun qiymətinin 200 min yuan (təxminən 1,9 mln rubl) civarında olacağı gözlənilir. Müqayisə üçün, Yaponiya istehsalı olan orijinal TLC 200 Çində 771 000 yuandan (6,9 mln rubl) başlayır.
Hengtian Automobile şirkəti 2011-ci ildə təsis edilib və Siçuan əyalətinin Yaan şəhərində ildə 100 000 maşın gücündə tam tsiklli avtomobil zavoduna sahibdir. İndiyədək Hengtian yalnız pikap istehsalı üzrə ixtisaslaşıb, L4600 isə onun ilk minik avtomobili olacaq.







