AZ RU
FCA konserni kult Jeep Willys-in hind «əkizi» olan Mahindra Roxor yolsuzluq avtomobilinin Şimali Amerika bazarına idxalının qadağan edilməsinə nail oldu.

FCA konserni kult Jeep Willys-in hind «əkizi» olan Mahindra Roxor yolsuzluq avtomobilinin Şimali Amerika bazarına idxalının qadağan edilməsinə nail oldu.

1947-ci ildə hind şirkəti kult CJ modelinin bir neçə versiyasını istehsal etmək üçün lisenziya alıb, sonuncu razılaşma isə 2009-cu ildə imzalanıb. Bütün bu illər ərzində şirkət Jeep avtomobillərinin «əkizlərini» satırdı və bu, FCA-nı narahat etmirdi. Lakin ötən il Mahindra & Mahindra Ltd. ABŞ-da ofis açdı. Şirkət Roxor yolsuzluq avtomobilinin iri qovşaqlı yığımını qurdu və onu Şimali Amerika bazarında satmağa başladı. FCA-da hesab etdilər ki, qiyməti $15 499 olan bu replika Jeep yolsuzluq avtomobillərinin bazar payının bir hissəsini ələ keçirə bilər.

Mahindra & Mahindra Ltd. rəhbərliyinin «şirkətlər arasında keçən əsrin qırxıncı illərində başlamış uzunmüddətli lisenziya münasibətləri var» və bu münasibətlərin bu günədək davam etdiyi barədə bəyanatına baxmayaraq, məhkəmə FCA-nın xeyrinə qərar çıxararaq Mahindra-nın həqiqətən müəllif hüquqlarını pozmaqda təqsirli olduğunu bildirdi. İnzibati işlər üzrə hakim Kemeron Elliot bəyan etdi ki, Mahindra Roxor Jeep yolsuzluq avtomobillərinə həddindən artıq bənzəyir.

Bu məsələ üzrə qərarı hələ ABŞ Beynəlxalq Ticarət Komissiyası verməlidir, lakin FCA hind yolsuzluq avtomobilinin satışının tam qadağan edilməsinə nail olmaq niyyətindədir. Konsern Miçiqan dairə məhkəməsinə müraciət edəcək və hətta müəyyən təzminat da tələb edə bilər.