Bir neçə həftə əvvəl Pajero Sport-un test-sürüşünə dəvət olundum – Azərbaycana dizel versiyası gəlib. Qabağa qaçaraq deyim ki, turbin hesabına 181 at gücü verən 2.4 litrlik mühərrik – heç də pis deyil, amma hər şey öz qaydasında.
Operator və rejissorla səhər saat 8-də evin yanında görüşdük, texnikanı Nissan Patrol-un baqajına yüklədik və rayon istiqamətində yola düşdük.
Mitsubishi Avtomobil Mərkəzi şirkətinin təqdim etdiyi maşın evakuatorla əvvəlcədən razılaşdırılmış yerə gətirildi, yəni: Siyəzən rayonu, Qalaaltı, sağlamlıq mərkəzinin qarşısındakı meydança.
Qalaaltıya vaxtından əvvəl çatdıq və dərhal yeni «sport»la sürməyi planlaşdırdığımız «trası» yoxlamağa getdik. Bir neçə gün yağış yağmışdı, havanın temperaturu 8 dərəcə idi, gil üzərində dağa qalxışlar çətin oldu, lakin standart «Patrol» üçün keçilən idi.
«Nöqtəyə» çatırıq - tərtəmiz, olduqca simpatik bir Pajero dayanıb.

İlk gözə çarpan – nəhayət ki, arxa stop-fənərlərin ölçülərini kiçildiblər, ön hissəyə «led» əlavə ediblər, ön bamperdə isə aydın seçilən duman əleyhinə faralar var.

3-cü sıra mövcuddur, böyüklər üçün uzaq məsafələrə getmək alınmayacaq, amma uşaqlar orada rahatlıqla vaxt keçirə bilərlər…. Üçüncü sırada oturacaq söykənəcəklərinin meyil bucağı tənzimlənir, sağda siqaret alışdırıcısı yuvası var, ora USB adapter taxıb planşetləri, telefonları şarj etmək, ya da baqaja portativ soyuducu qoymaq olar. Yeri gəlmişkən, 3-cü sıra açıq olsa belə, baqajda hələ də yer qalır (tezliklə video material göstərəcəyəm).

Sürücü (yəni mən): Oturdum, ilk növbədə kəmərimi bağladım (nə də olsa off-road), oturacağı özümə uyğun tənzimlədim (düymələrlə tənzimlənir və iki yaddaş düyməsi var). Qalın, rahat sükan, sükanın altından ötürmə dəyişmə ləçəkləri boylanır, qarşımda çoxlu faydalı məlumat olan monitor görürəm. Sağda daha bir 8 düymlük monitor var, burada car play, naviqasiya, telefon qoşmaq imkanı mövcuddur.
Bir az aşağıda bir neçə USB çıxışı və gözlənilmədən HDMI girişi ))) Bundan əlavə, qoltuqaltının arxasında 150 vatlıq 220 voltluq çıxış tapdım. Yəni, nəzəri olaraq maşına Playstation qoşub oynamaq olar.

Sağ əl tərəfdə: 8 pilləli avtomat, ayrı iqlim-kontrol və şar – bu maşının ürəyi!

Mitsubishi zamanın sınağından çıxmış məşhur Super Select sistemini qoruyub saxlayıb! Eyni rejimlər:
- 2H (arxa ötürücü qoşulub)
- 4H (ön ötürücü qoşulub)
-4HLC (mühərrik gücünü oxlar arasında 50%/50% bölən tam ötürücü qoşulub
-4LLC (aşağı ötürmə)
Və! Arxa körpünün məcburi bloklanması! Bütün bunlar polad rama üzərindədir! Heç bir inteqrasiya yoxdur, ayrıca köhnə yaxşı rama!
Daha yazmayacağam, qalanına baxmaq daha yaxşıdır!
P.S. Bu, nə də olsa YOLSUZLUQ AVTOMOBİLİDİR!












