AZ RU
Portal körpülü Suzuki Jimny-ni qiymətləndirin

Portal körpülü Suzuki Jimny-ni qiymətləndirin

Suzuki Jimny – haqqında «balaca, amma cəsur» demək olan avtomobildir. Əgər onu lazımınca təkmilləşdirsən, ondan əsl hardkor yolsuzluq avtomobili alınar. Delta4x4 və Avus Auto komandaları da məhz bunu sübut etmək istəyirlər.

Hazırda uşaqlar portal körpülər dəsti ilə genişmiqyaslı yeniləmə hazırlayırlar. Onlar yol klirensini artırmaq və keçiciliyi xeyli yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Avadanlıq təkcə oxları yerdən yuxarı qaldırmağa deyil, həm də daha böyük diametrli təkərlər quraşdırmağa imkan verir.

Modernləşdirilmiş Suzuki Jimny 40 sm klirens, daha dözümlü amortizatorlar, hər yerdə keçən şinləri olan 18 düymlük qara disklər, qanad genişləndiriciləri, bucurqad, damda əlavə işıq texnikası, baqajnik və digər avadanlıqla öyünə bilər. Müştərilər istəsələr diferensial bloklamalarını da sifariş edə biləcəklər.

Fotoşəkillərdə – «portallı» iki Jimny variantı. Onlar bir-birindən əlavə işıq texnikasının forması, bucurqadın və pəncərələrdəki qoruyucu torların olması ilə fərqlənir. Avus Auto yeni körpülü yolsuzluq avtomobilindən 12 nüsxə hazırlayacaq, qalan təkmilləşdirmə işləri ilə isə Delta4x4 məşğul olacaq. Tiraj İsveçrə və Almaniyada satılacaq. Başlanğıc qiymət 56 000 avrodur, bütün əlavələrlə isə 65 000 avroya çata bilər. Müqayisə üçün: standart model 22 000 avroya başa gəlir.