Peugeot şirkəti Boxer modelinin modifikasiyasını – Dangel transmissiyası və on kvadratmetrlik yaşayış bölməsi ilə təchiz olunmuş təkərli evi təqdim edib.
Konseptual minivan adi Peugeot Boxer əsasında qurulub, lakin donordan fərqli olaraq Dangel tam ötürücülü transmissiyası ilə təchiz edilib. Fransızlar onun təfərrüatlarını rəsmi təqdimata saxlayıblar, lakin çox güman ki, burada arxa ox ön təkərlər buksovka etdikdə viskomufta vasitəsilə qoşulur – Rusiyada yığılan Peugeot Expert və Citroen Jumpy, həmçinin onların sərnişin versiyaları olan Peugeot Traveller və Citroen SpaceTourer-də olduğu kimi.
Boxer 4x4-ün daxili məkanının faydalı sahəsi on kvadratmetrdir. O, üç nəfərin yaşaması üçün tam təchiz olunub. Konseptin bir hissəsi də Peugeot eM02 FS Powertub elektrik velosipedi və damda bərkidilmiş ənənəvi Kanada kanoesidir. Bundan başqa, kemperin yol klirensi artırılıb və o, BFGoodrich yolsuzluq şinləri ilə təchiz edilib. Mühərrik barədə məlumat yoxdur, lakin məsələn, Rusiyada Boxer-i yalnız 130 və 150 at gücündə 2.2 dizel mühərriki ilə sifariş etmək mümkündür.
Boxer 4x4 tematik konseptlər seriyasını davam etdirir. 2018-ci ildə Cenevrə avtosalonunda yenə tam ötürücülü Dangler transmissiyası ilə Rifter 4x4 debüt etmişdi.









