AZ RU
Kempinq üçün hazırlanmış Lexus GX dam çadırı aldı

Kempinq üçün hazırlanmış Lexus GX dam çadırı aldı

Maşının Monrealdakı Beynəlxalq avtoşouda təqdim olunması planlaşdırılır. Lexus GX Overland konsept statusu daşıyır, çünki o, yeganə nüsxədə yığılıb.

Əvvəlcə bu, 2020-ci model ilinin adi Lexus GX460 Executive Package avtomobili idi. Avtomobil boz-mavi rəngə boyanıb. Yan hissələrdə ərazinin topoqrafik xəritəsi peyda olub. Arxada tam ölçülü «ehtiyat təkər» üçün bərkidici quraşdırılıb. Avtomobil 285/70R17 ölçülü dişli Toyo şinlərinə geyindirilib.

Lexus GX Overland-in əsas fişkalarından biri damda quraşdırılmış qatlanan çadır olub. Onun köməyi ilə hətta ucqar yerlərdə də nisbətən rahat gecələmək mümkündür. Daxili duş da nəzərdə tutulub.

Ciperçilərə xas tipik təkmilləşdirmələr də unudulmayıb. Yolsuzluq avtomobilinə yol klirensini artıran Icon asqı elementləri quraşdırılıb. Dib hissəsi qalın polad zirehlə qorunur.

Kapotun altında və salonda tüninq aparılmayıb. Yolsuzluq avtomobilində standart 306 a.g. gücündə 4,6 litrlik V8 və 6 pilləli «avtomat» quraşdırılıb. Oturacaqlar qırmızı rəngli dəri ilə üzlənib.

Hələlik Lexus-un GX Overland-in kütləvi istehsalını planlaşdırdığına dair heç bir əlamət yoxdur. Eyni zamanda, heç kim avtomobil sahiblərinə bütün bu təkmilləşdirmələri özləri quraşdırmağı qadağan etmir, çünki bu layihə üçün seriya komponentlərindən istifadə olunub.