AZ RU
Yeni Nissan X-Trail-in casus fotoları peyda olub

Yeni Nissan X-Trail-in casus fotoları peyda olub

Krossoverin üçüncü nəsli 2013-cü ildən istehsal olunur, iki il əvvəl isə yenilənib (videoda). Xarici görünüşcə X-Trail ciddi dəyişib, lakin ümumilikdə firma üslubunu qoruyub. V-şəkilli radiator barmaqlığı qalıb, amma ön hissənin ümumi dizaynı Nissan Juke-u xatırladır: faralar sələfindəkindən aşağıda yerləşir, onların üstündə isə dönmə işıqları ilə birlikdə gündüz işıqları yerləşir. Avtomobilin arxa hissəsi xüsusilə sıx kamuflyajla örtülüb və yalnız yüksəkdə yerləşən kiçik fənərləri görmək mümkündür.

İnteryer tanınmaz dərəcədə dəyişib: burada rəqəmsal cihazlar paneli və nəhəng mərkəzi displey var. Ekranın altında – düymələr sırası, daha aşağıda – ayrıca ekranı olan iqlim-kontrol bloku yerləşir. Sükanda multimedia sisteminin idarə edilməsi üçün yeni düymələr var. Sürətlər qutusunun qolu indi ötürmə dəyişərkən vəziyyətini dəyişmir, onun yanında isə dayanacaq əyləci düyməsi və iş rejimlərini seçmək üçün fırlanan tənzimləyici yerləşir.

Premyera tarixi hələ elan olunmayıb, lakin çox güman ki, debüt gələn il baş tutacaq.