AZ RU
Beş etibarlı çərçivəli yolsuzluq avtomobilinin reytinqi tərtib edilib

Beş etibarlı çərçivəli yolsuzluq avtomobilinin reytinqi tərtib edilib

Ağır yolsuzluq şəraiti üçün möhkəm, etibarlı və həqiqətən keçici yolsuzluq avtomobilləri lazımdır, indi isə belə maşınlar o qədər də çox istehsal olunmur. «Avtonovosti dnya» nəşrinin ekspertləri böyük yürüşdən sonra belə heyrətamiz keyfiyyət nümayiş etdirən beş etibarlı «çərçivəli» avtomobilin reytinqini hazırlayıblar.

Sonuncu, beşinci yerdə ikinci nəsil «yapon» Mitsubishi Pajero qərarlaşıb. Bu, möhkəm çərçivəsi, etibarlı mühərrikləri,  firmanın Super Select tam ötürücü sistemi olan, quruluşca sadə bir modeldir. Bu yolsuzluq avtomobilini «ikinci əl» bazarında münasib qiymətə tapmaq mümkündür. Hətta xeyli yürüşü olan nüsxəni də cəsarətlə almaq olar.

Bir pillə yuxarıda Nissan Patrol yerləşib. Y61 kuzovlu beşinci nəsli sonuncu kanonik Patrol saymaq olar. O, sadə və etibarlıdır, üstəlik kifayət qədər keçicidir. Diqqətəlayiqdir ki, məhz bu avtomobil BMT tərəfindən dünyanın müxtəlif ölkələrindəki əməkdaşları üçün xidməti maşın kimi seçilmişdi. Patrol Y61 bütöv körpülü sadə və etibarlı hərəkət hissəsi sayəsində «öldürülməz» olub. Məhsuldar mühərriklər yaxşı işləyən oxlararası diferensialla birlikdə avtomobili hətta ağır yolsuzluqda da inamla istismar etməyə imkan verir.

İlk üçlüyə əksər avtohəvəskarların 1990-cı illərlə əlaqələndirdiyi Mercedes G-Class daxil edilib. Lakin unutmaq olmaz ki, G-Class – ilk növbədə tam ötürücü sistemi, etibarlı platforması və təsirli yol klirensi olan misilsiz yolsuzluq avtomobilidir, çünki əvvəlcə bu maşın yalnız ordu üçün nəzərdə tutulmuşdu. Şəhərdə istismar üçün benzin mühərrikləri daha uyğundur, sərt yolsuzluqda sürmək üçün isə bir milyon kilometrdən çox yürüşü problemsiz qət edə bilən dizel mühərrikləri yararlıdır. 

Fəxri «gümüşü» korroziyaya davamlılığı, etibarlı çərçivəsi və güc aqreqatları ilə məşhur olan Toyota Land Cruiser 80 qazanıb. Tam ötürücü sistemi həm qoşulan, həm də daimi ola bilər. Avtomobili çox etibarlı, lakin daha tez-tez yağ dəyişməsi tələb edən benzin və dizel aqreqatları hərəkətə gətirir. Ən yaxşısı altı silindrli benzin mühərriki və mexaniki sürətlər qutusu olan versiya sayıla bilər.

Lider ilk dəfə hələ 1984-cü ildə meydana çıxan Toyota Land Cruiser 70 yolsuzluq avtomobili olub. O, bir qədər müasirləşdirilmiş şəkildə hələ də istehsal olunur, amma konstruksiyasına görə  minimal elektronika dəsti olan həmin köhnə nümayəndə olaraq qalır. Model yaradıcılarından öldürülməz bütöv körpülər, aşağı dövrlü və çox etibarlı aqreqatlar, sürətlər qutuları və sərt qoşulan tam ötürücü sistemi alıb. Mənfi cəhətlər sırasında modelin qiymətini göstərmək olar, lakin yolsuzluq həvəskarları üçün o, elə də yüksək görünməyəcək. 

Bu gün yüzfaizlik çərçivəli yolsuzluq avtomobilləri istehsal olunur, buna görə də getdikcə daha çox yürüşlü modellərlə kifayətlənmək lazım gəlir.