AZ RU
İlk Maybach krossoverinin premyera tarixi məlum olub

İlk Maybach krossoverinin premyera tarixi məlum olub

Daimler konserni seriyalı Mercedes-Maybach GLS-in ictimaiyyətə 21 noyabrda Quançjou avtosərgisi çərçivəsində göstəriləcəyini açıqlayıb – beş il əvvəl S-Class bazasında "Maybach"ın debüt etdiyi yerdə. Ehtimal olunur ki, lüks yolsuzluq avtomobilinin əsas bazarı məhz Çin olacaq, baxmayaraq ki, ən fəal satışların gözlənildiyi ölkələr arasında ABŞ və Rusiya da çəkilir: Rusiyada Mercedes-Benz inamla premium seqmentin liderləri sırasındadır.

"Maybach"ın "adi GLS"dən zahiri fərqlərinin az olacağı gözlənilir: çox güman ki, Daimler fərqli radiator barmaqlığı, daha böyük təkər diskləri və kuzovda artırılmış xrom dozası kimi yüngül nüanslarla kifayətlənəcək. İnteryer isə daha əsaslı şəkildə təkmilləşdiriləcək, orada avtomobil komfortu sahəsindəki ən son nailiyyətlər tətbiq olunacaq.

Şayiələrə görə, yolsuzluq avtomobili ikinci sırada iki "kapitan" kreslosu, bəzi multimedia yenilikləri, ən dəbdəbəli bəzək materialları və sair alacaq. Hətta salon üçün xüsusi hazırlanmış fərdi ətir də vəd olunur. Ehtimal ki, Mercedes-Maybach GLS-in kapotu altında təxminən 500 a.g. gücə malik 4,0 litrlik turbomühərrikli V8 yer alacaq, lakin əvvəllər altı litrlik V12-dən istifadə imkanı barədə də məlumat verilmişdi.

Yeniliyi Daimler-in Amerikanın Alabama ştatındakı zavodunda yığacaqlar və yolsuzluq avtomobili ABŞ-da istehsal olunan ən bahalı avtomobil ola bilər: onun ilkin qiyməti – 200 min dollardır.