Yeni eksteryer
Yeni interyer
Yeni texnologiyalar
Qış paketi
Təhlükəsizlik sistemləri paketi
Qalib görkəmi
Toyota Land Cruiser Prado-nun yeni brutal dizaynı mütləq inamın və sarsılmaz gücün təcəssümüdür. Kapotun tanınan relyefi, radiator barmaqlığının arxitekturası və bamperin dizaynı əfsanəvi Land Cruiser ailəsinə mənsubluğu vurğulayır, LED optika isə yolsuzluq avtomobilinin baxışını yırtıcı və dərhal tanınan edir.
Yeni hərəkət rejimləri
Yeni Toyota Land Cruiser Prado-da tənzimlənən adaptiv asqı üçün 3-dən 5-ə qədər iş rejimi mövcuddur: standart ECO/NORMAL/SPORT rejimlərinə əlavə olaraq müxtəlif yol şəraitində hərəkət zamanı maksimum komfortu təmin edən SPORT S/SPORT S+ rejimləri peyda olub.
Tam nəzarət
Yeni Toyota Land Cruiser Prado-da təhlükəsiz sürüş üçün bütün şərait yaradılıb: 360° panoramik görüntü təmin edən 4 kamera ətraf mühitdə istiqamət tapmağa kömək edir, «şəffaf kapot» rejimi isə hətta avtomobilinizin ön təkərləri altında olanı belə göstərir.
Yolsuzluq arsenalı
Multi-Terrain Select
Yeni Toyota Land Cruiser Prado-ya müxtəlif yol örtüyü növlərinə uyğunlaşmaq imkanını Multi-Terrain Select (MTS) hərəkət rejimi seçimi sistemi verir; sistemə altıncı, avtomatik MTS-AUTO iş rejimi əlavə olunub.
Tam ötürücü
Əsl yolsuzluq avtomobilinin dəqiq əlaməti tam ötürücüdür: o, təkərlərin boşa fırlanma ehtimalını azaldır və avtomobilin müxtəlif örtük növlərində hərəkət sabitliyini artırır. Yeni Toyota Land Cruiser Prado istənilən maneəni inamla dəf etməyə hazırdır.
Həndəsi keçicilik
Yeni Toyota Land Cruiser Prado-nun həndəsi keçiciliyi yoldakı maneələri saymamağa imkan verir: 42 dərəcəlik yoxuşu o, inamla və hazırlıqsız fəth edir, giriş, çıxış və rampa bucaqlarının əla göstəriciləri və 215 mm yol klirensi isə ən ağır offroad trasında belə köməyə çatacaq.
Rama konstruksiyası
Avtomobilin klassik rama konstruksiyası əsl yolsuzluq avtomobili üçün əla həlldir. Konstruksiyanın artırılmış sərtliyi təkcə ağır yolsuzluq şəraitində istismar zamanı üstün göstəricilər üçün deyil, həm də ən yüksək passiv təhlükəsizlik səviyyəsini təmin etmək üçün vacibdir.
Toyota Safety Sense
Toyota-nın innovativ texnologiyaları hərəkətinizin ən yüksək təhlükəsizlik səviyyəsini təmin edir. Aktiv və passiv təhlükəsizliyin intellektual sistemləri vəziyyət nəzarətinizdən çıxmağa başlayarsa, sizi xəbərdar edəcək.











