AZ RU
Toyota Highlander 2020!

Toyota Highlander 2020!

Çox qəribədir, amma bu maşını canlı görəndə düşündüm ki, onu harasa dağlarda çəkmək daha yaxşı olar… Sonra, çəkilişdən sonra bu maşın haqqında məlumatı Google-da axtararkən öyrəndim ki, Highlander «Dağlı» deməkdir …

Toyota Highlander 2020!

               Şirkət bu avtomobili «ailə» maşını kimi təqdim edir və bununla həqiqətən mübahisə etmək çətindir. Sedanın rahatlığı krossoverin imkanları ilə birləşdirilib 😊

               Bu, tutumlu 7 yerlik, etibarlı, rahat, təhlükəsiz avtomobildir. Yerlilərin sevdiyi kimi desək, «otur-sür!». Üstəlik bu «sür!»-ün istiqaməti istənilən növ yol ola bilər və bu modelin yaradıcıları hər oturanın rahatlıq hiss etməsi üçün xeyli baş sındırıblar.

               Sükan arxasında: Oturdum, kəməri bağladım, oturacağı tənzimlədim… DAYAN: oturacaq barədə ayrıca danışacağam: bu, isitmə və ventilyasiyalı, elektrik tənzimləməli və bel dəstəkli kreslodur və daha nələr, nələr... )) Bayırda günəş yandırdığı üçün üçzonalı klimat-kontroldan istifadə etməmək günah olardı.

Toyota Highlander 2020!

               Mühərriki işə salırıq… Düzü, maşının işə düşdüyünü dərhal anlamırsan, çünki içəridə hər şey çox sakitdir: halbuki mühərrik 249 at gücündə V6-dır! Yeri gəlmişkən, bu ilxının ləzzətini çıxarmaq istəyirsinizsə, sürmə rejimini (Drive Mode) Sport vəziyyətinə keçirib “bas getsin” edə bilərsiniz.

               Sükan çox tanışdır, çünki ailəmizdə hibrid kiçik qardaş “RAV4” var və onun sükanında da eyni opsiyalar var, yəni:

  • JBL audio sisteminin (11 dinamik) səsinin idarə edilməsi
  • səsli idarəetmənin aktivləşdirilməsi (rus dilini əla başa düşür)
  • mobil telefonun idarə edilməsi (zəngə cavab vermək, dəstəyi qoymaq)
  • avtomobilin menyusunda gəzişmək
  • adaptiv kruiz-kontrolu işə salmaq (elə oradaca qabaqdakı maşına qədər məsafəni göstərmək)
  • zolaq izləmə sistemini aktivləşdirmək
  • nəhayət, bir də siqnal vermək, qışda isə həm də sükanın isidilməsini işə salmaq!

Sağ əlin altında, sürətlər qutusunun yanında səth növünün seçilməsi rejimlərini görmək olar: palçıq, qum, daşlar, qar və s.      

Burada sadəcə nəhəng panoram dam var, sərnişinlər, hətta üçüncü sırada oturan uşaqlar da heyran qaldılar! Yeri gəlmişkən, sərnişinlər maraq üçün telefonları, planşetləri və powerbank-ları doldurmaq üçün düz 7 USB çıxışı saydılar!

Toyota Highlander 2020!

               Bir maşın mənim çox xoşuma gələndə, onun haqqında çox yaza bilərəm, amma necə deyərlər, 7 dəfə Google-da axtarmaqdansa, bir dəfə görmək yaxşıdır! Videoya baxırıq 😊