AZ RU
Toyota FJ Cruiser-in elektrikli varisini göstərib

Toyota FJ Cruiser-in elektrikli varisini göstərib

Hələ keçən ilin sonunda yapon Toyota yaxın illərdə istehsala çıxacaq 15 elektromobilin görünüşünü birdən açıqlamışdı. Onların arasında məşhur FJ Cruiser-in mənəvi varisi kimi təqdim olunan brutal Compact Cruiser yolsuzluq avtomobili də var idi.

Maraqlısı odur ki, konsept dərhal konseptual avtomobillər kateqoriyasında nüfuzlu Car Design Award 2022 mükafatını qazandı. Bu münasibətlə Toyota modelin yeni rəsmi renderlərini paylaşıb.

Əslində elektromobilin görünüşü artıq adı çəkilən ramalı FJ Cruiser yolsuzluq avtomobili və birinci nəsil orijinal Land Cruiser əsasında hazırlanıb. Eksteryerdə eyni kvadrat cizgilər və retro notlar var.

 

Bununla belə, xüsusilə diqqət çəkən bəzi detallar da var. İlk növbədə yüksək klirensi, damdakı xüsusi «çilçıraq» işıq dəstini və plastik bamperlərin üzərindən quraşdırılmış polad qoruyucunu qeyd etmək lazımdır. Snoubordların yerləşdirildiyi ekspedisiya baqajnikı da mövcuddur. Ona rahat çıxış üçün yan tərəfdə quraşdırılmış nərdivan nəzərdə tutulub. Toyota bu modeli təbiətdə aktiv istirahəti sevən gənclərə ünvanlayır.

Texniki hissə barədə hələlik heç bir məlumat yoxdur. Yalnız məlumdur ki, modelin əsasını e-TNGA modul platforması təşkil edəcək, güc qurğusu isə iki elektrik mühərrikindən ibarət olacaq.

 

Xatırladaq ki, əvvəllər bZ SDN elektrik sedanının seriya versiyasının Çinin BYD şirkəti ilə əməkdaşlıqda hazırlana biləcəyi barədə məlumat yayılmışdı. Xüsusilə, BYD özünün məşhur Blade batareyalarını paylaşacaq.