AZ RU
Trofi-reyd "Novruz 2015"

Trofi-reyd "Novruz 2015"

Azərbaycan Avto Klubu “Club4x4” bütün fəal istirahət həvəskarlarını qarşıdan gələn NOVRUZ bayramı münasibətilə təbrik edir və istəyən hər kəsi yolsuzluğu fəth etmə üzrə ən maraqlı yarış növlərindən biri olan «Trofi-reyd – Novruz 2015» yarışında iştirak etməyə dəvət edir!!!
Trofi-reyd – kələ-kötür ərazidə yerləşən təbii trasda keçirilən avtomobil yolsuzluq yarışlarıdır. Yarışın əsas meyarı keçilməsi çətin və ekstremal dərəcədə mürəkkəb yolsuzluq trasının vaxta görə qət edilməsidir. 
 
 1. Məqsəd və vəzifələr
 1.1.Tədbirin məqsədi tam ötürücülü avtomobil həvəskarlarının asudə vaxtını təşkil etməkdir. 
 1.2.Yolsuzluq avtoidmanında güclü ekipajların müəyyən edilməsi. 
 1.3.Yeni iştirakçıların yolsuzluq yarışlarına cəlb edilməsi. 

 2. Keçirilmə vaxtı və yeri

 2.1. Keçirilmə tarixi: “15“ mart 2015-ci il. 
 2.2. Keçirilmə yeri: yarışlar ərəfəsində elan olunacaq, «Bakı şəhəri ətrafı» 
 2.3. İştirakçıların toplanma yeri brifinqdə elan olunacaq. 

Bütün marşrut müəyyən edilmiş keçmə vaxtı ilə yolsuzluqdan keçir. Trofi-reyd iştirakçıları üçün tapşırıqlar yolsuzluq sahəsinin keçilməsindən, həmçinin GPS naviqasiyası və ya əfsanəyə görə oriyentirləşmə ilə bağlı tapşırıqdan ibarət ola bilər. Bu dəfə xüsusi sahə rekord uzunluqda olacaq: iştirakçıları sulu keçidlər, tam yolsuzluq və torpaq yollardan ibarət təxminən 100 km məsafə gözləyir.

Yarışın təfərrüatları ilə reqlamentdə tanış olmaq olar: 

Oxuyun, maraqlanın, qoşulun, iştirak edin! Maraqlı olacaq!