AZ RU
Əsl «Dakar»ın ruhunun izi ilə

Əsl «Dakar»ın ruhunun izi ilə

Əfsanəvi yarışın beşiyi

1978-ci ildə fransız motoyarışçısı Tyerri Saben tərəfindən əsası qoyulan əfsanəvi «Dakar» bu gün də dünyanın ən məşhur və nüfuzlu ralli-reydidir. Rəvayətə görə, fransız 1977-ci ildə səhrada azıb və artıq xoşbəxt sonluğa ümid etmirdi, lakin tuareq tayfası tərəfindən xilas edilib. İnanılmaz dərəcədə kəskin təəssüratlar və möcüzəvi xilas yeni macəranın – «Paris-Dakar» ralli-reydinin əsasını qoydu. Elə ilk marafonda təxminən 200 ekipaj iştirak etdi. İlk günlərdən «Dakar» ralli-marafonu təkcə pilotlar üçün deyil, texnika üçün də dünya miqyaslı sınaq meydançasına çevrildi: bəlkə də ən çətin və təhlükəli, amma elə buna görə də inanılmaz dərəcədə cəlbedici. Bir çox istehsalçı mexanizmləri və aqreqatları, yağları və şinləri ən sərt şəraitdə yoxlamaq üçün öz komandalarını Səhraya göndərdi. «Dakar» qanad açdı və bir anda əvvəllər görünməmiş populyarlıq qazandı. Hətta təsisçinin ölümü belə – Tyerri Saben 1986-cı il yarışı zamanı helikopter qəzasında həlak oldu – reydi dayandırmadı. Planetin əsas şoularından biri davam edir. 

Zaman keçdikcə yarış dəyişdi, çətin dövrlər və köçlər yaşadı. «Dakar-2008» ümumiyyətlə ləğv edildi, növbəti il isə yarışın marşrutu artıq başqa qitədən keçdi – marafon Latın Amerikasına köçdü. 2020-ci ili ralli-reyd artıq Səudiyyə Ərəbistanında qarşılayır. 

Lakin əsl, həqiqi «Dakar» əbədi olaraq Afrikanın səhralarında və dağlarında, onun ruhunun yaşadığı, Tyerri Sabenin onu tanıdığı yerlərdə qaldı. Bunun belə olub-olmadığını “Əsl “Dakar”ın ruhunun izi ilə” ekspedisiyasının iştirakçıları öz təcrübələrində öyrənəcəklər. Ekspedisiyanın marşrutu məhz bu yerlərdən standart Renault Duster avtomobilləri ilə keçəcək. Komanda yeddi tam dəyərli yarış xüsusi mərhələsini qət etməli, dağlarda və qumlu erqlərdə gücünü sınamalı, dünləri və daşlı yamacları aşmağı öyrənməli, həmçinin ən ağır şəraitdə əksər xarici avtomobil brendləri üçün tövsiyə olunan LUKOIL GENESIS ARMORTECH 5W-40 mühərrik yağını və təkmil xüsusiyyətlərə malik olan, ən sərt təbii-iqlim şəraitində etibarlılığını sübut etmiş AKOM+EFB akkumulyatorlarını sınaqdan keçirməlidir. Ekspedisiyanın bütün avtomobilləri ralli-reydin xüsusi mərhələlərini standart təchizatda, Yokohama Geolander A/T G015 şinləri üzərində keçəcək. 

14 gün ərzində ekspedisiya iştirakçıları 15000 km-dən çox yol qət edəcək, «Afrika Eko Reys» karvanı ilə görüşəcək və əfsanəvi «Səhra Tülküsü», uzun illər yarışların təşkilatçısı olan Jan-Lui Şlesserdən müsahibə alacaq, Mərakeşin turistik və hələ ayaq dəyməmiş görməli yerlərini görəcək, həmçinin əsl «Dakar»ın nə olduğunu öz təcrübələri əsasında danışacaqlar. 

Əsl «Dakar»ın ruhunun izi ilə